Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatlarıbu gün, avqustun 12-də Tatarıstanda “Şahed” kamikadze dronlarının saxlandığı terminala hücum edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da UTX-ya istinadən məlumat yayıb.
UTX-nin qeyd etdiyi kimi, hücum üçün “A” Xüsusi Əməliyyat Mərkəzinin uzaq mənzilli dronlarından istifadə edilib. Zərər çəkmiş logistika qovşağında ruslar onlar üçün xarici komponentlərlə yanaşı, istifadəyə hazır “Şahed”lər də saxlayırlar.
QAZİLER.AZ