Rusiyada çağırış: Miqrantlar bir qayda pozuntusu ilə vətəndaşlıqdan məhrum edilsin

Rusiyada çağırış: Miqrantlar bir qayda pozuntusu ilə vətəndaşlıqdan məhrum edilsin backend

“Qosusluqi” portalında şəxsi hesabların sındırılması ilə məşğul olan miqrantlar Rusiya vətəndaşlığından məhrum edilməlidir.

Qaziler.az-ın məlumatına görə, bu sözləri Bryansk Vilayət Dumasının deputatı, Pravoslav Rusiya hərəkatının rəhbəri Mixail İvanov “NEWS.ru”ya bildirib. Bu, onun sındırılmış hesablar vasitəsilə beş minə yaxın əcnəbini qeydiyyatdan keçirmiş altı şübhəlinin saxlanılmasına reaksiyasıdır. O qeyd edib ki, belə cinayətlər milli təhlükəsizliyə təhdid yaradır və ağır cəza tələb edir.

“Qosusluqi” vasitəsilə miqrantların qondarma qeydiyyatı təkcə saxtakarlıq deyil, həm də milli təhlükəsizliyə təhdiddir. Miqrantların qondarma qeydiyyatı üçün vətəndaşların şəxsi hesablarının sındırılması, bu cür sxemlərin təşkilatçıları üçün vətəndaşlıqdan məhrumetmə də daxil olmaqla, mümkün qədər sərt şəkildə cəzalandırılmalıdır. Bu gün günahkarlar şərti cəza və ya cərimə ilə azadlıqda olacaq, sabah isə yeni sxem yaradacaqlar. Belə cinayətlərdə iştirak edən əcnəbilər üçün Rusiyaya girişə ömürlük qadağan olunmalıdır. Rusiya vətəndaşları üçün isə real şərtlərlə cinayət məsuliyyəti tətbiq etmək lazımdır, - İvanov qeyd edib.

QAZİLER.AZ