Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski 2024-cü ilin yayında Rusiyanın Kursk vilayətində keçirilən genişmiqyaslı əməliyyatın nəticələrini şərh edib.
Qaziler.az bildirir ki, bu barədə "The Washington Post" xəbər verir.
Onun sözlərinə görə, Rusiya qoşunlarının və texnikasının yayındırılması kimi əsas məqsədə nail olunub ki, bu da Ukrayna ərazilərinin genişmiqyaslı hücumdan qorunmasına kömək edib.
"Əvvəlcə biz daha çox reyd aksiyaları planlaşdırırdıq, lakin sonra mən bu ideyadan imtina etdim, çünki bu ərazinin bizə lazım olduğunu başa düşdüm", - Sirski müsahibəsində deyib.
O, əlavə edib ki, Kursk vilayəti “uzun müddətdir Ukraynaya lazım olub” və gələcək əməliyyatlar üçün əsas tramplin olub.
Əməliyyat ən ciddi məxfilik şəraitində hazırlanıb: hətta ən yaxın tərəfdaşlara, o cümlədən ABŞ-a məlumat verilməyib.
Sırski bunun 2023-cü ilin uğursuz əks-hücumundan sonra bir dərs olduğunu vurğulayıb.
"Qələbələr sükutu sevir. Onlar sakitlikdə doğulur və sükut içində hazırlanır. İnformasiya kampaniyası yaradılanda və ya aparılanda, hamı qışqıranda: "Mənə onu ver, bunu ver" dedikdə, təbii ki, düşmən də bilir, həm də hazırlaşır", - deyə baş komandan izah edib.
İşğal İkinci Dünya Müharibəsindən sonra xarici qoşunların Rusiya ərazisinin bir hissəsini işğal etdiyi ilk dəfə idi.
Ukrayna qüvvələri 1000-dən çox əgəri əsir götürüb və Moskva başqa istiqamətlərdən həmin əraziyə qoşun yeritməyə məcbur olub.
QAZİLER.AZ