Krımın Beloqorsk rayonunun Pavlovka və Vasilyevka kəndləri arasında meşə yanğını baş verib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 11-də Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Beloqorsk rayonunun Pavlovka və Vasilyevka kəndləri arasında açıq ərazidə quru bitki örtüyündə yanğın baş verib", - məlumatda deyilir.
Departamentdən verilən məlumata görə, yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyasından istifadə edilib.
Çətin relyef və küləkli hava şəraiti də işi çətinləşdirir.