Avqustun 10-da Zaporojyada dəmiryol vağzalına endirilən aviazərbədə xəsarət alanların sayı artıb. İşğalçıların 21 nəfəri yaraladığı məlum olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zaporojya Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
"Hazırda düşmənin bazar günü Zaporojyaya hücumu nəticəsində artıq 21 nəfərin yaralandığı haqda məlumat var", - xəbərdə deyilir.
Fedorovun sözlərinə görə, bu gün, avqustun 11-də 44 yaşlı qadın həkimə müraciət edib. Ona lazımi köməklik göstərilib. Zərərçəkmiş ambulator müalicə alacaq.
QAZİLER.AZ