Türkiyənin Balıkesir bölgəsinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgədə 10-u 4 bal gücündə olmaqla 237 yeraltı təkan qeydə alınıb.
Qaziler.az bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytından verilən məlumata görə, Balıkesirdə yerli vaxtla saat 19:53-də Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.
Bu zəlzələdən sonra 3,7 bal gücündə ilk zəlzələ saat 19:57-də baş verib.
AFAD bölgədə 10-u 4 və daha yüksək bal gücündə olmaqla 237 afterşoklar qeydə alındığını açıqlayıb.
QAZİLER.AZ