Volqoqrad hava limanında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 11-də Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.
"Volqoqrad hava limanı — təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - Korenyako Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bu tədbir təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
QAZİLER.AZ