İyulda Ukraynanın pilotsuz sistemləri 23 mindən çox düşmən hədəfini vurub, o cümlədən 5 mindən çox işğalçı məhv edilib. Bunda əsas rolu FPV dronları və gecə “bombardmançıları” oynayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin bəyanatına istinadən məlumat yayıb.
Sirski qeyd edib ki, pilotsuz sistemlər Ukrayna Silahlı Qüvvələrinin ayrılmaz hissəsinə çevrilib və piyada və artilleriya ilə əməkdaşlıqda düşmənin qarşısını almaqda uğurun açarı olub.
Ali Baş Komandan bildirib ki, o, hər ay Silahlı Qüvvələrin pilotsuz sistemlərinin imkanlarının inkişafı ilə bağlı müşavirələr keçirib.
Onun sözlərinə görə, ötən ay pilotsuz təyyarələr düşmənin 23,4 min hədəfini vurub. Əsasən effektivliyi artan FPV dronları və gecə bombardmançıları hesabına.
"Əsas prioritet düşmənin şəxsi heyətinin məhv edilməsidir. İyulda qüvvələrimiz 5134 işğalçını məhv edib. Bu döyüş işində liderlər "Madyar quşları", "Feniks", "Axillesdir" bölmələridir, - Sırski qeyd edib.
QAZİLER.AZ