Yazıçı Bıkovu qiyabi həbs gözləyir

Yazıçı Bıkovu qiyabi həbs gözləyir backend

İstintaq rusiyalı yazıçı Dmitri Bıkovun qiyabi həbsini tələb edir.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, Moskvanın Çeryomuşkinski məhkəməsi yazıçı Dmitri Bıkovun (Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına daxil edilib) həbsi ilə bağlı qiyabi vəsatətə baxacaq. İstintaq onu Rusiya Silahlı Qüvvələri haqqında bilə-bilə yalan məlumat yaymaqda ittiham edir.

"Məhkəmə İstintaq Komitəsinin Bıkov barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətini qəbul edib", - məlumatda deyilir.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə “Rusiya Silahlı Qüvvələri haqqında siyasi nifrət motivləri ilə bilə-bilə yalan məlumatların açıq şəkildə yayılması” ilə cinayət işi açılıb.

Maddəyə əsasən maksimum cəza 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

QAZİLER.AZ