Türkiyə xarici işlər naziri Misirə gedir

Türkiyə xarici işlər naziri Misirə gedir backend

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Səfər çərçivəsində onun Misir prezidenti Sisi tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, nazir Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - Ərəb Liqası (AL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək üçün sonuncu dəfə 23 mart 2025-ci ildə Qahirəyə səfər edib. Misirin xarici işlər naziri Abdulati 2025-ci il fevralın 4-də Türkiyəyə ikitərəfli səfər edib.

İki nazir İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 20-21 iyun 2025-ci il tarixlərində keçirilən 51-ci sessiyası çərçivəsində görüşüblər.

Nazir Fidanın Misirə səfəri zamanı ikitərəfli məsələlərin və regional hadisələrin müzakirə olunacağı, iki ölkənin bütün sahələrdə çoxşaxəli əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün konkret addımların atılacağı gözlənilir.

İkitərəfli görüşlər zamanı: Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə HƏMAS və İsrail arasında aparılan atəşkəs danışıqlarının son qiymətləndirmələrinin paylaşılacağı, Qəzzadakı vəziyyətə son qoyulması və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının təmin edilməsi üçün birgə səylərin müzakirə ediləcəyi də nəzərdə tutulur.

QAZİLER.AZ