Şimali Osetiyanın Mozdok rayonunda İkinci Dünya Müharibəsindən qalan 100 kq-lıq avia-bomba zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 8-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram-kanalında məlumat verilib.
"Mozdok rayonunda belə bir tapıntı aşkar edilib. Mütəxəssislər 100 kq-lıq aviabombanı partlatmaqla zərərsizləşdiriblər", - məlumatda deyilir.
Bir qədər əvvəl Rusiya Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin əməkdaşları Sısert yaxınlığında İkinci Dünya Müharibəsindən qalma mərmi məhv ediblər.
QAZİLER.AZ