Maksim Qalkin Yurmalada velosiped sürərkən onu maşın vurub
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiyalı aparıcı, yumorist Maksim Qalkin Yurmalada velosiped sürərkən avtomobil onu vurub.
Qeyd olunur ki, Qalkinin ötən gün Latviyada yol qəzasına düşüb. İlkin məlumata görə, o, velosiped sürərkən “Volkswagen” markalı avtomobil ona yan tərəfdən çırpılıb.
Komediyaçı əlindən zədə alıb. Onun əlini şüşə qırıntıları kəsib. Qeyd olunur ki, sənətçi səhnədəki son konsertində əli sarğı ilə çıxış edib.
QAZİLER.AZ