Özbəkistan Fövqəladə Hallar Nazirliyi hadisənin təfərrüatlarını açıqlayıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, avqustun 7-də yerli vaxtla saat 16:09-da Daşkənd şəhərinin Fövqəladə Hallar Baş İdarəsinə Yaşnabad rayonu, Kuylyuk ərazisində yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzildə yanğın olması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xilasedicilər hadisə yerinə gəliblər. Yanğın saat 16:37-də tam söndürülüb.
Bundan əvvəl sosial şəbəkələrdə yanan binada bir nəfərin ola biləcəyi ilə bağlı məlumat yayılmışdı. Nazirlikdən bildirilib ki, xilasedicilərin operativ tədbirləri nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının səbəbi və dəymiş maddi ziyanın miqdarı müəyyənləşdirilir.
QAZİLER.AZ