Tövlədə başlayan yanğın evə keçdi: 6 nəfər xəstəxanalıq oldu

Tövlədə başlayan yanğın evə keçdi: 6 nəfər xəstəxanalıq oldu backend

Türkiyənin Burdur bölgəsinin Bucak rayonunda tövlədə baş verən yanğın evə keçib. Yanğınsöndürənlər yanğını nəzarət altına alıb, lakin tövlə və evə maddi ziyan dəyib, 6 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Susuz kəndində Gülsüm A.-ya məxsus tövlədə hələ məlum olmayan səbəbdən baş verən yanğın evin damına keçib.

Xəbərin ardından əraziyə 112 Təcili Tibbi Yardım, jandarma, yanğınsöndürmə və Meşə İdarəsi qrupları göndərilib.

Yanğın yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə söndürülüb.

Yanğın nəticəsində tövlə, evin dam örtüyü və bir otaq yanıb.

Tüstüdən boğulan ev sahibi Gülsüm A., oğlu, gəlini və 3 nəvəsinə təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Bucak Dövlət Xəstəxanasına aparılıb.

QAZİLER.AZ