FETÖ-nün gizli məsul şəxsi Hakan Kahraman ölkədən qaçmağa hazırlaşarkən MİT-in Manisada keçirdiyi əməliyyatla yaxalanıb.
Qaziler.az TRT-haber-ə istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən aparılan kəşfiyyat işi Kahramanın qeyri-qanuni yollarla ölkədən qaçmağa hazırlaşdığını müəyyən edib.
Bunun ardınca Milli İstihbarat Təşkilatı (MİT), İzmir Respublika Baş Prokurorluğu və Manisa Polis İdarəsi tərəfindən birgə əməliyyat keçirilib və FETÖ-nün gizli təşkilatında yüksək vəzifə tutan Kahraman tutulub.
Kahramanın əvvəllər məhkum olunduğu və axtarışa verildiyi bildirilib.
QAZİLER.AZ