Kadırov daha bir qrup "könüllü"nün Ukraynada gedən müharibəyə göndərildiyini bildirib

Kadırov daha bir qrup "könüllü"nün Ukraynada gedən müharibəyə göndərildiyini bildirib backend

Çeçenistandan yeni "könüllülər" qrupu "xüsusi hərbi əməliyyat zonası"na (Ukraynada gedən müharibə - red.) yola düşüb.

Qaziler.az news.ru-ya istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan döyüşçülər avqustun 6-da Qroznı hava limanından yola düşüblər.

"Rusiya Qəhrəmanı Axmat-Xadji Kadırov adına Qroznı Beynəlxalq Hava Limanından xüsusi hərbi əməliyyat zonasına könüllülərlə daha bir reys uçub. Onlar öz ölkələrinə sadiq cəsarətli vətəndaşlardır”, – Kadırov yazıb.

Onların Ukraynadakı döyüşlərə göndərilməsinin təşkili ilə Çeçenistan hökumətinin sədri Maqomed Daudov məşğul olub. Bütün döyüşçülər uçuşdan əvvəl Xüsusi Qüvvələr Universitetində intensiv təlim keçiblər. Kadırov onların yüksək döyüş hazırlığını və motivasiyasını vurğulayıb.

QAZİLER.AZ