Türkiyənin Tokat bölgəsində meşə yanğınına müdaxilə davam edir

Türkiyənin Tokat bölgəsində meşə yanğınına müdaxilə davam edir backend

Türkiyənin Tokat vilayətinin Ərbaa rayonunda meşəlik ərazidə baş verən yanğına qruplar müdaxilə edir.

QAZİLER.AZ TRT-Haber-ə istinadən bildirir ki, rayonun Karanlık Dərə ərazisində naməlum səbəbdən yanğın baş verib.

Ağacların sıx olduğu ərazidə tüstü müşahidə edildikdən sonra əraziyə jandarma qrupları, Meşə Əməliyyat Müdirliyinin su maşınları və Erbaa Bələdiyyəsinin yanğınsöndürənləri sövq edilib.

Yanğınsöndürənlər sıldırım qayaların da olduğu ərazidə yanğını yayılmadan söndürmək üçün çalışırlar.

Əraziyə nəqliyyat qrupları da sövq edilib və D-100 şosesi boyunca tədbirlər görür.

QAZİLER.AZ