Sonuncu dəfə 27 yaşlı qazaxıstanlı Çingiz Müsədilovu iyulun 31-dən avqustun 1-nə keçən gecə Rustaveli prospektindəki “Laila” klubunun yaxınlığında görüblər.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verib.
"O, Temirlan adlı saqqallı qazaxlı dostu ilə içki içib və saat 05:00 radələrində yoxa çıxıb. Bundan sonra xəbərdarlıq etmədən evə və işə getməyib", - dostları və həmkarları deyirlər.
Məlumatda bildirilir ki, Çingizə zəng çatmır. Artıq polisə məlumat da verilib. Amma zaman çox mühüm rol oynayır, itkin düşən şəxsin yaxınları deyirlər.
QAZİLER.AZ