Türkiyə Ordusunun Baş Qərargah rəisi ordu generalı Metin Gürak təqaüdə göndərilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, onun yerinə Quru Qoşunları Komandanı ordu generalı Selçuk Bayraktaroğlu təyin olunub.
Həmçinin Birinci Ordu Komandanı ordu generalı Metin Tokel isə Quru Qoşunları Komandanı vəzifəsinə təyinat alıb.