Türkiyədə turşu çəni partladı: 1 nəfər xəsarət aldı, 16 nəqliyyat vasitəsi zərər gördü

Türkiyədə turşu çəni partladı: 1 nəfər xəsarət aldı,  16 nəqliyyat vasitəsi zərər gördü backend

İzmirin Torbalı rayonunda qeyri-qanuni yanacaq toplama sahəsində turşu çəni partlayıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 16 avtomobilə ziyan dəyib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber, xəbər verir. 

Ortaköy məhəlləsində qaçaqmalçılıq əməliyyatları zamanı ələ keçirilən yanacağın zərərsizləşdirilməsi üçün daşınması zamanı kimyəvi maddələrin reaksiya verməsi nəticəsində turşu çənində partlayış baş verib. Yanacağın atılması zamanı kimyəvi maddələr bir-biri ilə reaksiya verdi.

Qazdan 1 nəfər xəsarət alıb, ərazidə olan 16 avtomobilə ziyan dəyib.

Torbalı Dövlət Xəstəxanasına çatdırılan yaralı müalicə aldıqdan sonra İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

QAZİLER.AZ