Ən yaşlı İkinci Dünya Müharibəsi veteranı İvan Mudrak 106 yaşında Amur vilayətində vəfat edib.
Qaziler.az-ın məlumatına görə, “Amurskaya Pravda” qəzeti onun qohumlarına istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsinin ən yaşlı veteranlarından biri İvan Mudrak Amur vilayətində vəfat edib. Veteran 105 yaşında Mixaylovski rayonunun Nijnyaya İlyinovka kəndində vəfat edib.
Nəşr qeyd edib ki, Mudrak 1920-ci il mayın 13-də anadan olub.Lakin Böyük Vətən Müharibəsi illərində ona doğum tarixini 1921-ci il kimi göstərən yeni pasport verilib.
Mudrak özündən beş yaş kiçik arvadı Kapitolina ilə 1946-cı ildə tanış olub. Onlar birlikdə beş uşaq böyüdüblər. Onların da 10 nəvəsi, 15 nəticəsi və üç kötücəsi var.
QAZİLER.AZ