UTX Krım aerodromunu vurdu: bir döyüş təyyarəsi məhv edildi, daha dördü zədələndi

UTX Krım aerodromunu vurdu: bir döyüş təyyarəsi məhv edildi, daha dördü zədələndi backend

Bu gecə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı bölməsi, Mərkəzi Xüsusi Təyinatlı Qüvvələrin “A” bölməsi müvəqqəti olaraq işğal olunmuş Krımda işğalçıların əsas aviabazasına hücum edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Avqustun 4-nə keçən gecə UTX-nin Mərkəzi Xüsusi Təyinatlı Qüvvələrinin “A” bölməsinin pilotsuz uçuş aparatları müvəqqəti işğal olunmuş Krımda “Saki” hərbi aerodromuna uğurlu zərbə endirib.

Bu baza Rusiyanın Qara dənizdəki aviasiya əməliyyatları üçün açardır.

Hücum nəticəsində aviasiya silahları anbarı və beş hərbi təyyarə vurulub.

Bir Su-30SM qırıcısı tamamilə məhv edilib, eyni tipli digər təyyarə zədələnib. Bundan əlavə, üç Su-24 bombardmançı təyyarəsi atəşə tutulub.

Hesablamalara görə, bir Su-30SM təyyarəsinin qiyməti 35-50 milyon dollar arasında dəyişir. Ona görə də düşmənin itkiləri əhəmiyyətlidir.

Məlumatda deyilir ki, UTX-nin bu xüsusi əməliyyatı Rusiya aviasiyasının və ümumilikdə işğal qüvvələrinin döyüş qabiliyyətinin zəiflədilməsi istiqamətində növbəti addımdır.

"İşğalçılar yadda saxlamalıdırlar: onlar heç vaxt torpaqlarımızda özlərini təhlükəsiz hiss etməyəcəklər", - UTX-nun bəyanatında deyilir.

QAZİLER.AZ