Ukraynada oteldə irimiqyaslı yanğın baş verib - VİDEO

Ukraynada oteldə irimiqyaslı yanğın baş verib - VİDEO backend

Avqustun 4-də Lvovda “Vlasta” otelində yanğın baş verib. Səkkizinci mərtəbədən insanlar eyvanlara çıxırlar.

Qaziler.az bildirir ki, bu barədə  yerli “Varta-1” nəşri məlumat yayıb.

Xəbər verdiyimiz kimi, yanğın yerli vaxtla saat 12:30 radələrində başlayıb və alov sürətlə qonşu otaqlara keçir.

Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri işləyir, yuxarı mərtəbələrdən insanların təxliyyəsi davam edir.

Yerli media yazır ki, səkkizinci mərtəbədə bir çox qonaq kömək gözləyərək balkonlarına çıxıb.

Yanğınsöndürmə səyləri yaxınlıqdakı yollarda tıxaclara səbəb ola bilər. Sürücülərdən bu ərazidən uzaq durmağa çağırılır.

Hazırda yanğının baş vermə şəraiti müəyyənləşdirilir.

QAZİLER.AZ