Rusiyalı və qazaxıstanlı kosmonavt, ictimai xadim Talqat Musabayev 74 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 4-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin saytında teleqramda məlumat verilib.
“Talqat Amangeldiyeviç kosmosu üç dəfə fəth edən və kosmosda olan, öz şücaətləri ilə ölkəmizi şöhrətləndirən qəhrəmandır”, - deyə məlumatda bildirilir.
Talqat Musabayev 1951-ci il yanvarın 7-də Almatı vilayətinin Karqalı qəsəbəsində anadan olub.
Kosmonavt ilk uçuşunu 1994-cü ildə “Soyuz TM-19” kosmik gəmisinin bort mühəndisi kimi həyata keçirib. O, həyatı boyu üç dəfə, ümumilikdə 341 gün və 9 saatdan çox kosmosa səfər edib.
Bundan əlavə, 1994-cü ildə Musabayev “Mir” orbital tədqiqat kompleksində uzunmüddətli beynəlxalq kosmik uçuşun hazırlanmasında və uğurla həyata keçirilməsində fəal iştirakına görə Rusiya Qəhrəmanı adına layiq görülüb. Pilot bir uçuşda 24 saat kosmosda qaldığına görə Ginnesin Rekordlar Kitabına da düşüb.
QAZİLER.AZ