Adanada təlim təyyarəsi qəzaya uğrayıb

Adanada təlim təyyarəsi qəzaya uğrayıb backend

Türkiyənin Adana şəhərində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və bir sərnişin yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, vali Yavuz Səlim Köşger özəl aviasiya şirkətinə məxsus "Ultra Light" sinifli təlim təyyarəsinin yerli vaxtla saat 19:20 radələrində Yüreğir rayonunun Özler məhəlləsində Kelaynak eniş zolağında qəzaya uğradığını açıqlayıb.

Köşger bildirib ki, qəzada pilot Burak Yürekli (39) və sərnişin Şeyda Doğan yaralanıb.

Köşger yaralıların vəziyyətinin ağır olduğunu və xəstəxanaya aparıldığını bildirib.

QAZİLER.AZ