Ukrayna Rusiya ilə müharibəni bu il bitirmək istəyir. Lakin Moskva hələlik yalnız sülh danışıqlarını imitasiya edir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Yle-yə müsahibəsində bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ prezidenti Donald Trampın yaxın günlərdə Rusiya və onunla ticarət aparan ölkələrə qarşı sərt məhdudiyyətlər tətbiq edəcəyi vədini dəstəkləyib.
Sibiqa hesab edir ki, Tramp Rusiya diktatoru Vladimir Putinin qorxduğu yeganə şəxsdir. Eyni zamanda, onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar sülhü yaxınlaşdırır.
Nazir onu da qeyd edib ki, hazırda bütün dünya ölkələri Amerika liderinin verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyini izləyir.
"Sanksiyalar Rusiya iqtisadiyyatı üçün dağıdıcı olmalıdır. Onlar Rusiyanın öz hərbi maşınının yanacağının və üçüncü ölkələrlə ticarətin qarşısını almalıdırlar”, - o vurğulayıb.
QAZİLER.AZ