Türkiyədə iki ailənin torpaq mübahisəsi qanla bitdi: Ölənlər və yaralananlar var

Türkiyədə iki ailənin torpaq mübahisəsi qanla bitdi: Ölənlər və yaralananlar var backend

Türkiyənin Adana vilayətinin Karataş rayonunda torpaq mübahisəsi zəminində baş verən silahlı davada 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Yenimurat məhəlləsində iki ailə arasında torpaq mübahisəsi zəminində yaranan mübahisə atışma ilə nəticələnib.

Xəbərin ardından hadisə yerinə tibb və jandarma qrupları gəlib.

Sağlamlıq qrupları  dava edənlərdən birinin hadisə yerində öldüyünü müəyyən edib.

Yaralılardan 5-i Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına və Mersin Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Yaralılardan biri Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.

QAZİLER.AZ