Zelenski Pokrovsk və Çasov Yar haqqında: Rusiyanın irəliləyiş cəhdini dəf edirik - VİDEO

Zelenski Pokrovsk və Çasov Yar haqqında: Rusiyanın irəliləyiş cəhdini dəf edirik - VİDEO backend

Donetsk vilayətində Pokrovsk və Çasov Yar uğrunda gərgin döyüşlər davam edir. Bununla belə, ukraynalı müdafiəçilər Rusiyanın irəliləmək cəhdini dəf edirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.

Ukrayna prezidentinin sözlərinə görə, bu gün o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib.

Zelenski bildirib ki, Ukrayna bölmələri Pokrovsk istiqamətində mövqelər tutur.

"Əsgərlərimizin rusiyalıların diversiya-kəşfiyyat qruplarını, şəhərə daim soxulmağa çalışan, daim orada möhkəmlənmək istəyən kiçik qrupları məhv etməsi vacibdir. Bu, Rusiyanın taktikasıdır və bizim ona cavabımız işğalçını məhv etməkdir", - o deyib.