Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov regionun bədən tərbiyəsi və idman naziri Axmat Kadırovla şahmat üzrə yoldaşlıq görüşündə qalib gəlib.
Qaziler.az ura.ru-ya istinadən bildirir ki, bu barədə respublika başçısı özü məlumat verib.
“Mən Çeçenistan Respublikasının idman və bədən tərbiyəsi naziri Axmat Kadırovla şahmat üzrə yoldaşlıq görüşü keçirdim”, – Kadırov “VKontakte” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, qarşılaşma rahat şəraitdə keçib.
Kadırov qeyd edib ki, vaxt məhdudiyyətinin olmamasına baxmayaraq, oyun gərgin keçib. "Və təbii ki, mən qalib gəldim", - dedi. Respublika başçısının sözlərinə görə, o, cavab oyununa hazırlaşacaq.
QAZİLER.AZ