Çeçenistan lideri şahmat yarışmasında oğlunu məğlub etdi

Çeçenistan lideri şahmat yarışmasında oğlunu məğlub etdi backend

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov regionun bədən tərbiyəsi və idman naziri Axmat Kadırovla şahmat üzrə yoldaşlıq görüşündə qalib gəlib.

Qaziler.az ura.ru-ya istinadən bildirir ki, bu barədə respublika başçısı özü məlumat verib.

“Mən Çeçenistan Respublikasının idman və bədən tərbiyəsi naziri Axmat Kadırovla şahmat üzrə yoldaşlıq görüşü keçirdim”, – Kadırov “VKontakte” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, qarşılaşma rahat şəraitdə keçib.

Kadırov qeyd edib ki, vaxt məhdudiyyətinin olmamasına baxmayaraq, oyun gərgin keçib. "Və təbii ki, mən qalib gəldim", - dedi. Respublika başçısının sözlərinə görə, o, cavab oyununa hazırlaşacaq.

QAZİLER.AZ