Prezident Sadır Japarov “Qırğızıstan Respublikasının internet məkanında pornoqrafik xarakterli elementləri olan məzmunu ehtiva edən saytlara girişin qadağan edilməsi haqqında” qanunu imzalayıb.
Qanun Joqorku Keneş tərəfindən 25 iyun 2025-ci ildə qəbul edilib.
Qəbul edilmiş Qanunun məqsədi cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinin, habelə şəxsiyyətin mənəvi-əxlaqi sağlamlığının qorunmasından ibarətdir.
Qanun Qırğızıstan Respublikasının internet məkanında pornoqrafik xarakterli elementləri ehtiva edən məzmunun yayılmasına qadağa qoyur.
QAZİLER.AZ