Qazaxıstanda dağlıq ərazidə meşə yanğını: Üç gündür mübarizə aparılır

Qazaxıstanda dağlıq ərazidə meşə yanğını: Üç gündür mübarizə aparılır backend

28 iyul 2025-ci il tarixinə Alakol rayonunun dağlıq ərazisində baş verən yanğının sahəsi 24 hektar təşkil edib.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hazırda hadisə yerində yanğının söndürülməsi və tam aradan qaldırılması istiqamətində iş aparılır. Nazirlikdən bildirilib ki, yayılma təhlükəsi yoxdur.

Yanğının söndürülməsinə 2 helikopter və 12 texnika olmaqla ümumilikdə 100 nəfər cəlb olunub.

Yanğınsöndürənlərin sözlərinə görə, hadisə yerində operativ qərargah işləyir, vəziyyət Jetısu vilayətinin Fövqəladə Hallar Departamentinin nəzarəti altındadır.

Xatırladaq ki, şənbə günü Jetısu vilayətinin Alakol rayonunun dağlıq ərazisində quru otda yanğın qeydə alınmışdı.

QAZİLER.AZ