"Rusiya buna görə Türkiyəyə minnətdardır" - Peskov

"Rusiya buna görə Türkiyəyə minnətdardır" - Peskov backend

Rusiya Ukraynadakı münaqişənin həlli yollarını tapmaqda göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır.

Qaziler.az bildirir ki, bu barədə iyulun 28-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Biz Ankaraya və Türkiyə rəhbərliyinə münaqişənin həlli yollarını tapmaqda göstərdikləri səylərə görə minnətdarıq. Biz Türkiyə rəhbərliyinin danışıqların aparılması üçün təmin etdiyi şəraitə görə minnətdarıq və əlbəttə ki, bizim bu münasibətimiz gələcək perspektivdə qalır", - məlumatda deyilir.

Peskov vurğulayıb ki, ən yüksək səviyyədə danışıqlara başlamazdan əvvəl ekspertlər səviyyəsində işi başa çatdırmaq lazımdır. O izah edib ki, "qaralama" və mürəkkəb hazırlığı prezidentlərin öhdəsinə buraxmaq “məntiqsiz olardı”.

Onun sözlərinə görə, əvvəlcə nizamlanma üçün parametrləri hazırlamaq, yalnız bundan sonra onları ən yüksək səviyyədə təmaslar çərçivəsində konsolidasiya etmək lazımdır.

O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinin cədvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar hələlik nəzərdə tutulmayıb.

QAZİLER.AZ