Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəz qoşun qrupunun bölmələri Ukraynanın Donetsk vilayətində Boykovka və Belqiyka yaşayış məntəqələrini ələ keçirib.
Qaziler.az bildirir ki, Bu barədə iyulun 28-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
""Mərkəz" qoşun qrupunun bölmələri Donetskin Boykovka və Belgiyka yaşayış məntəqələrini fəal şəkildə "azad edib"", - Telegram kanalında dərc olunan məlumatda deyilir.
Məlumatda Rusiya hərbçilərinin həmçinin Donetskin Krasnoarmeysk, Novoukrainka, Udaçnoye, Çunişino, Muravka və Dimitrov yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş, eləcə də hava-desant piyada briqadalarının birləşmələrinə hücum etdiyi bildirilir.
Rusiya MN-nın məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 395 nəfərdən çox olub.
QAZİLER.AZ