İyulun 28-də səhər saatlarında Litvanın hava məkanında naməlum pilotsuz təyyarə aşkar edilib. Onun Belarus ərazisindən gəldiyi ehtimal edilir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna LRT-yə istinadən xəbər verir.
Məlumata görə, dron sonuncu dəfə Vilnüs yaxınlığında təxminən 200 metr yüksəklikdə görünüb.
Səlahiyyətlilər bunun meteozond ola biləcəyini istisna etmirlər, lakin vəziyyət nəzarət altındadır və bütün fövqəladə xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
QAZİLER.AZ