Rusiyanın bu şəhərində sabah matəm elan edildi

Rusiyanın bu şəhərində sabah matəm elan edildi backend

Saratovda çoxmərtəbəli binada baş verən qaz partlayışı və sonradan binanın konstruksiyalarının uçması ilə əlaqədar iyulun 26-sı matəm günü elan edilib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə iyulun 25-də Saratov vilayətinin qubernatoru Roman Busarqin məlumat verib.

"Saratov şəhərinin Blinova küçəsindəki yaşayış binasında baş vermiş faciəvi hadisə ilə əlaqədar iyulun 26-da şənbə günü rayonda matəm günü elan edilməsi barədə qərar qəbul edilib", - o, Teleqram-kanalında yazıb.

Qeyd olunur ki, bu gün ərzində şəhərdə Saratov vilayətinin və bələdiyyələrin bayraqları endiriləcək. Bundan əlavə, telekanallarda və mədəniyyət müəssisələrində bütün əyləncə proqramları və tədbirlər ləğv ediləcək.

QAZİLER.AZ