Rusiyanın Amur vilayətində, Tında yaxınlığında "Anqara" aviaşirkətinə məxsus An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində Çin və Belarus vətəndaşları həlak olub.
Qaziler.az bildirir ki, bu barədə iyulun 25-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya Amur vilayətində "Anqara" aviaşirkətinin An-24 təyyarəsi ilə faciə xəbərini kədərlə qarşılayıb. 42 sərnişin arasında iki xarici ölkə vətəndaşı - Belarus və Çin vətəndaşları olub", - nazirliyin internet saytında dərc olunmuş mediaya açıqlamasında deyilir.
Nazirlik qeyd edib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Blaqoveşenskdəki böhran mərkəzi, ərazi idarələri və nümayəndəliyi bu ölkələrin diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq çərçivəsində lazımi köməklik göstərir.
Bundan əlavə, XİN təyyarə qəzasında həlak olan vətəndaşların yaxınlarına başsağlığı verib.
QAZİLER.AZ