Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.
Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.
"100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.