Rusiyalı UFC döyüşçüsü İslam Mahaçev Abu-Dabi zooparkında pələnglə gəzib.
Qaziler.az bildirir ki, Rusiyalı qarışıq döyüş ustası (MMA) İslam Maxaçev Əbu-Dabi zooparkında pələnglə gəzib. O, hadisənin videosunu İnstaqram hesabında yerləşdirib.
Rusiyalı idmançı yırtıcıya toxunaraq onunla bir neçə foto çəkdirib.
İyulun 1-də Maxaçev çəki dərəcələrindən asılı olmayaraq ən yaxşı UFC döyüşçülərinin reytinqində liderliyini itirib. Rusiyalı döyüşçünü gürcü əsilli ispan İlia Topuria zirvədən kənarlaşdırıb və o, təşkilatın yüngül çəkidə yeni çempionu olub. Mahaçev başqa divizionda mübarizə aparmaq qərarına gələrək titulunu itirib.
QAZİLER.AZ