Saratovda qaz partlaması nəticəsində 9 nəfər xəsarət alıb.
Rusiyanın Saratov şəhərində məişət qazının partlaması və yaşayış binasının qismən uçması nəticəsində xəsarət alanların sayı 9 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə rayonun təcili tibbi yardım xidməti məlumat yayıb.
"Yenilənmiş məlumata görə, 9 nəfərin tibbi yardıma ehtiyacı olub. Onlar ambulator müalicəyə göndərilib", - TASS-a təcili yardım xidmətindəki mənbə bildirib.
Bundan əvvəl 7 nəfərin yaralandığı bildirilirdi.
İyulun 25-də günorta saatlarında Saratov şəhərinin Blinova küçəsindəki on mərtəbəli yaşayış binasında məişət qazının partlaması baş verib, bundan sonra yeddinci mərtəbədən onuncu mərtəbəyə qədər bütün giriş uçub. Son məlumatlara görə, ölənlərin sayı biri uşaq olmaqla 5 nəfərə çatıb. Hadisənin səbəbi qaz sızması ola biləcəyi ehtimal edilir.
Hadisə yerində xilasetmə işləri və binanın konstruksiyalarına baxış davam edir.
QAZİLER.AZ