Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla Ukrayna üzrə liderlərin İstanbulda görüşü imkanını müzakirə etmək məqsədilə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
“Ehtimal olunur ki, bu həftə ərzində Putin və Trampla danışıqlar aparacağıq və İstanbulda liderlərin görüşünün keçirilməsi məsələsini müzakirə edəcəyik.
Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə o, 23 iyulda İstanbulda Rusiya və Ukrayna arasında keçirilən birbaşa danışıqların üçüncü raundunun yekunlarını şərh edərkən jurnalistlərə bildirib.