ABŞ-NATO planının bir hissəsi kimi Avropa tərəfindən ödənilən Ukrayna üçün hava hücumundan müdafiə sistemləri artıq yoldadır.
RBC-Ukrayna xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı Aleksus Qrinkeviçlə danışıqlardan sonra deyib.
“Biz həmçinin ABŞ və NATO planını da müzakirə etdik ki, bizim torpaqlarımızı qorumaq və mülki insanların həyatını xilas etmək üçün Avropanın ödədiyi hava hücumundan müdafiə sistemləri alacağıq”, - Sirski bildirib.
O, bu sistemlərin operativ şəkildə çatdırılmasına görə ABŞ prezidenti Donald Trampa və NATO-nun baş katibi Mark Rutteyə minnətdarlığını bildirib.
QAZİLER.AZ