İranın ətraf mühitin mühafizəsi təşkilatının rəhbəri Şina Ənsari 10 beynəlxalq təşkilata məktub yazaraq İsrailin İrana qarşı son təcavüzünün yaratdığı ciddi ekoloji risklər barədə xəbərdarlıq edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məktub Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına (UNEP) və bir sıra əsas çoxtərəfli ekoloji qurumlara ünvanlanıb.
Məktubda ekoloji cəhətdən həssas zonalar, enerji obyektləri, neft yataqları və sənaye infrastrukturunun yaxınlığında yerləşən ərazilərə hücumlardan ciddi narahatlıq ifadə edilib.
Şina Ənsarı xəbərdarlıq edib ki, bu cür hücumlar kimyəvi dağılmalara, hava və suyun çirklənməsinə, ekosistemlərin geri dönməz məhvinə və ictimai sağlamlıq böhranlarına səbəb ola bilər.
Ənsari beynəlxalq ictimaiyyəti geniş ekoloji nəticələri olan qeyri-qanuni hərəkətə dərhal cavab verməyə və beynəlxalq təşkilatları ekoloji cəhətdən həssas ərazilərə edilən hücumları rəsmi şəkildə pisləməyə çağırıb.
QAZİLER.AZ