Gümrüdə rus hərbçinin meyiti tapılıb

Gümrüdə rus hərbçinin meyiti tapılıb backend

Gümrüdə rusiyalı hərbçinin meyiti tapılıb.

Qaziler.az “Nyus.am”a istinadla xəbər verir ki, iyulun 24-də saat 21:30 radələrində Gümrü şəhərinin Muş-2 məhəlləsində, Bulvarayın 1-ci xiyabanında tikintisi başa çatmamış tikilinin yaxınlığında meyit tapılması barədə əməliyyat məlumatı daxil olub.

Fotojurnalist Qaqik Şamşyanın xəbərinə görə, polis və patrul əməkdaşları qeyd olunan yerdə qollarında bıçaq xəsarətləri olan kişi meyitini aşkar ediblər.

İlkin məlumatlara görə, mərhum Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun şəxsiyyəti müəyyən edilib. O, 24 yaşlı Rusiya vətəndaşı K.Antonenkodur.

QAZİLER.AZ