Ukrayna gələcək müdafiəsinin qayğısına qalmasa, tammiqyaslı müharibə 2034-cü ilə qədər və ya daha çox uzana bilər.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı LB.ua saytına müsahibəsində deyib.
Zalujnının qeyd etdiyi kimi, 2024-cü ildən tammiqyaslı müharibə tamamilə yeni mərhələyə – “tükənməyə” qədəm qoyub. Bu gün cəbhə xətti əsasən düşməni məhv etmək və “nə qədər çox olsa, bir o qədər yaxşıdır” üçün nəzərdə tutulub, qalan hər şey arxa cəbhədə baş verir.
"Əgər biz gələcək üçün öz müdafiəmizi formalaşdırmadan yalnız "ceasefire"ə (atəşkəs, - red.) cəhd etsək, o zaman bu (genişmiqyaslı müharibə, - red.) uzun müddət davam edəcək. Və 2014-cü ildən başlayıb, allah qoysa, 2034-cü ildə bitəcək", - o əlavə edib.
QAZİLER.AZ