Moskva vilayətində magistral yolda sərnişin avtobusu yanıb

Moskva vilayətində magistral yolda sərnişin avtobusu yanıb backend

Podolsk rayonunda (Moskvanın mərkəzindən 35 km məsafədə cənubda yerləşir) marşrut avtobusu yanıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 24-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, hadisə yrrli vaxtla saat 12:00 radələrində M2 “Krım” magistralının 32-ci km-də (qoşa marşrut xətti) baş verib.

İdarədən "Moskva" şəhər informasiya agentliyinə bildirilib ki, "LiAZ" markalı avtobusu idarə edən 1977-ci il təvəllüdlü sürücü nasazlıq səbəbindən maşını saxlayıb. Bundan sonra tüstülənmə başlayıb, daha sonra isə yolun kənarında dayanmış avtomobildə yanğın başlayıb.

Moskva vilayətinin Baş İdarəsi avtobusda sərnişinlərin olmadığına aydınlıq gətirib. Yol polisi hadisənin başvermə şəraitini araşdırır.

QAZİLER.AZ