Daşkənd yaxınlığındakı dağlarda yanğın baş verib - VİDEO

Daşkənd yaxınlığındakı dağlarda yanğın baş verib - VİDEO backend

Ğzbəkistan Regional Fövqəladə Hallar İdarəsi yanğının səbəbini açıqlayıb. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün çalışırlar.

Qaziler.az uznews.uz-a istinadən bildirir ki,  iyulun 24-də saat 11:16-da Daşkənd vilayətinin Fövqəladə Hallar İdarəsinə Bostanlıq rayonu, Xuzakent məhəlləsində dağlıq ərazidə 2 hektara yaxın sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri və müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə gəliblər.

Hazırda yanğınsöndürmə briqadaları yanğını söndürməkdə davam edir. 

QAZİLER.AZ