Ərdoğan Şavkat Mirziyoyev ilə telefonla danışıb

Ərdoğan Şavkat Mirziyoyev ilə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Qaziler.az-ın TRT-Haber-ə istinadən məlumatına görə, Ərdoğan və Mirziyoyev Türkiyə ilə Özbəkistan arasında ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Telefon danışığında Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq səviyyəsində əlaqələrin inkişafı üçün addımlar atmağa davam edəcəklərini bildirib.

 Ərdoğan Özbəkistan prezidenti Mirziyoyevi ad günü münasibətilə də təbrik edib.

QAZİLER.AZ