Rusiyanın “Sın patsana” serialının aktyoru, quldurluq etdiyinə görə həbs edilən Sergey Bazanov "xüsusi hərbi əməliyyat"a (Ukraynada gedən müharibə - red.) göndərilib.
Qaziler.az bildirir ki, bu barədə MK.RU məlumat yayıb.
Söhbət 2011-ci ildə sahibkara qarşı törədilmiş quldurluq əməlindən gedir. Bu işdə daha 4 nəfər iştirak edib. Üç nəfər də "xüsusi hərbi əməliyyat"da iştirak etmək üçün müqavilə imzalayıb. Yalnız Suxrob Haydarova qarşı ittiham məhkəməyə çatıb. O, istintaqla əməkdaşlıq etməkdən imtina edib və 20 il həbs cəzası alıb.
İdarədən verilən məlumata görə, oğurluğun qurbanları pul daşıyan kiçik bir şirkətə sahib olan ata və oğul olub. Təqsirləndirilən şəxslər oğurluğu əvvəlcədən planlaşdırıblar: onlar iş adamlarının ofisdən külli miqdarda pul çıxarmasını gözləyib, onların yolunu bağlayıb və nağd pul olan çamadanı zorla aparmağa cəhd ediblər. Sonra atışma olub, zərərçəkənlərdən birini xilas etmək mümkün olmayıb.
QAZİLER.AZ