Peskov İstanbulda aparılan Rusiya - Ukrayna ilə danışıqları ilə bağlı: "Asan olmayacaq" - VİDEO

Peskov İstanbulda aparılan Rusiya - Ukrayna ilə danışıqları ilə bağlı: "Asan olmayacaq" -  VİDEO backend

 Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunda iştirak etmək üçün İstanbula gedib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov iyulun 23-də bildirib.

"Nümayəndə heyətimiz həqiqətən İstanbula gedib və bu axşam orada danışıqlar planlaşdırılır. Bu, Rusiya-Ukrayna birbaşa danışıqlarının üçüncü raundu olacaq", - o, brifinqdə deyib.

Peskovun sözlərinə görə, görüşdə tərəflərin ötən raundda mübadilə etdikləri memorandum layihələri müzakirə olunacaq. Bundan əlavə, hərbi əsirlərin qarşılıqlı mübadiləsinin davam etdirilməsi ilə bağlı danışıq aparılacaq.

Rusiya prezidentinin mətbuat katibi Rusiyanın danışıqlardan gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib ki, “bu haqda danışmaq çətindir”. Onun fikrincə, danışıqların çətin olacağı gözlənildiyi üçün “asan yolllar” olmayacaq.

QAZİLER.AZ